AZ

Dubay şokoladı ilə bağlı ŞOK göstərici - PARTLAYIŞ yaşandı... FOTO

Məşhur Dubay şokoladı 2025-ci ilin ən böyük istehlakçı fenomeninə çevrilib.

Musavat.com-un xəbərinə görə, “Dubai Duty Free”nin açıqladığı son hesabatda bildirilir ki, təkcə Dubay aeroportlarında bu şirniyyatın satış həcmi 719 tona, maliyyə dövriyyəsi isə 231,6 milyon dollara çatıb.
Hesabata görə, “Duty Free”də ümumi satışların 9,74 faizi məhz şirniyyatların payına düşüb. Bu göstərici şokoladı ətir, spirtli içkilər, qızıl və tütündən sonra siyahıda 5-ci yerə yüksəldib. Dubay aeroportlarında alıcıların diqqətini çəkmək üçün 13 müxtəlif istehsalçı rəqabət aparıb. Onların arasında yalnız aeroport üçün hazırlanmış eksklüziv seriyalar da yer alıb.
Mütəxəssislər vurğulayırlar ki, bu uğurun əsas səbəblərindən biri “TikTok” və “Instagram”da yayılan viral videolar olub. Nəticədə Dubay şokoladı turistlər üçün mütləq alınmalı suvenirə çevrilib və bir çox hallarda sərnişinlər məhz bu məhsul üçün uzun növbələrdə gözləyiblər.
Statistikaya əsasən, “Duty Free”də xərclərin artımı ən çox Rusiya (+25,7%), Avropa (+19,2%) və Afrika (+17,1%) ölkələrindən gələn sərnişinlər arasında qeydə alınıb.
Seçilən
28
yenilik.az

1Mənbələr