AZ

“Səs” qəzetinin ən layiqli qiymətini Ulu Öndər Heydər Əliyev verib — Bəhruz Quliyev (MÜSAHİBƏ)

Bakı. Trend:

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan“Səs” qəzetinin 35 yaşı tamam olur. Ötən 35 ildə qəzet özfəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? “Səs”qəzetinin baş redaktoru Bəhruz Quliyev müsahibədə bu suallarıaydınlıq gətirib.

  • Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ayöncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti vəkeçdiyi yol haqda nələri deyə bilərsiniz?

“Səs” qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı birdövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durumolduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi,ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı,yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgindüşmüşdü.

Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Etiraf edək ki,belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması böyükcəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işinaltına girdilər. Fəaliyyətə başladığı ilk gündən qəzet konkretideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətəbaşlamağın çətinlikləri isə daha çox idi.

Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruhqüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbuorqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxmakampaniyası aparılırdı.

Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tariximəsuliyyətini dərk edən qəzetimizin qurucuları belə birməsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə ÜmummilliLider Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəflibir missiyanı öz üzərinə götürdülər.

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalifmövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütünAzərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyüktarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevlə birgə görürdülər.

Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Ümummilli LiderHeydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətinziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Bunabaxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlıxalqın arzu və istəyini dilə gətirirdi.

Təsadüfü deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalılarıxalqın iradəsini ifadə edərək Ümummilli Lider Heydər Əliyevə “Səs”qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndər Heydər Əliyev əslindəxalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavabməktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyinqorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidirki, bu cavab da məhz “Səs” qəzetində dərc olunub.

Məhz buna görə Ulu Öndər Heydər Əliyev YAP-ın 10 illikyubileyindəkı çıxışında “Səs”i Azərbaycanın tarixinə düşmüş birqəzet kimi xarakterizə etmiş və demişdi: “Səs” qəzeti mənim üçünçox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusiqiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıdabəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. “Səs”qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərinideyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi.Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrundamübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında,cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyükrolu olub. “Səs” qəzeti tarixə düşmüş bir qəzetdir”.

  • “Səs” qəzeti dövlətin, ölkə başçısının və YAP-ınfəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan birqəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necədəyərləndirirsiniz?

“Səs” qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideolojitəbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdəməhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildənetibarən daim Ulu Öndər Heydər Əliyevin ideyalarına və dövlətçilikxəttinə sədaqətlə xidmət edib.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütünkütləvi informasiya vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətininormal şəkildə davam etdirib və həm ulu öndərin, həm də YAP-ınfəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davametdirib. Biz bu gün də bu siyasi kursa, dövlətçilik ideologiyasınasadiqik və daim bu amal uğrunda çalışırıq.

Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri,insanların fikirlərini, əldə olunan uğurları və problemləri də özsəhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizinhəyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektivolaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz busahədə də öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu günPrezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanınregionda mövqelərini daha da möhkəmləndirib, respublikamız regiondalider ölkəyə çevrilib. Kütləvi informasiya vasitəsi olaraq busiyasəti dəstəkləməyi bizdən xalqın Prezident İlham Əliyevə olaninam və etibarı tələb edir.

  • İndiki dövrdə “Səs” qəzeti öz fəaliyyətprinsiplərini hansı istiqamətlərdə həyatakeçirir?

Biz dövlətçilik və Ümummilli Lider Heydər Əliyevin ideyalarıqarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosialsifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki,Azərbaycan xalqı həmişə Ulu Öndər Heydər Əliyevin yanında olub vəbu gün də onun ideyalarını uğurla həyata keçirən Prezident İlhamƏliyevlə birlikdədir.

Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsusyeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına,dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinəöz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil,cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk.

“Səs” qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığıAzərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyətgöstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi vəmaarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik.

Müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərindədəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin,deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətəçatdırılıb.

Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarınınicrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkəictaimiyyətinə çatdırmışıq.

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir,müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfəolaraq biz qəzet səhifəsində QR kod sistemi ilə xəbərləri,reportajları, müsahibələri videoformatda izləmək texnologiyasıtətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.

Əlamətdar tarixlərdə multimedia diskləri hazırlayıb yaymışıq,xüsusilə nömrələr çap etmişik.

Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyifəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektivinformasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xariciölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri birinternet resursa çevrilib.

Media Qrupumuza daxil olan “Səs” televiziyası da indikiinformasiya və texnologiya dövründə media məkanımızda özünə layiqliyer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xariciölkələrdən xeyli tamaşaçı izləyir. Səs TV gün ərzində bir neçə dəfəcanlı yayımla verilən verilişlər, maarifləndirici proqramlar, xəbərsüjetləri ilə tamaşaçılarının marağını çəkir.

Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrinhamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalaraçıxır. Həm ölkə daxilindən, həm də xaricdən ümumilikdə milyonlarlaizləyici xəbərləri bizim sosial şəbəkə kanallarından vəsəhifələrindən əldə edir.

Məlum olduğu kimi, “Səs” qəzetinın adı elə “səs” sözünü özündəehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır.Yaxın gələcəkdə “Səs” radiosunun yaradılmasına nail olacağımızainanırıq.

“Səs” həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gəncjurnalist yetişdirilib və onların bir çoxu ölkəmizin müxtəlif mediaorqanlarında, həmçinin xarici media resurslarında işləyirlər.

Ümumilikdə Səs Media Qrupunda 50 nəfərədək əməkdaş çalışır.Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbirpostlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi,peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin mediaməkanında özümüzün layiqli yerimizi tutmuşuq. “Səs” Media Qrupu həmideoloji, həm də informasiya mərkəzi kimi böyük tarixə malik birsistem olaraq fəaliyyətini davam etdirir.

  • Azərbaycanda dövlət-media münasibətlərini necəqiymətləndirmək olar?

Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərəgüzəştlər etməyin vacib olduğunu bildirib, başqa sahələrdəçalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaqməqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azadsözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatıninkişafı üçün münbit şərait yaradıb.

Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezidenttəqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borclarıdondurulub, həmkarlarımız təltif olunublar. Ulu Ondər Heydər Əliyevmətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi.Onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindənlayiqincə davam etdirilir.

Prezident İlham Əliyev ulu öndərin yolunu davam etdirərəkmətbuatın inkişafı naminə qəzetlərin “Azərbaycan” nəşriyyatına olanborcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlarverib. Prezident İlham Əliyev daim mətbuatın inkişafı üçün lazımiaddımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Milli mətbuatımızın ildönümləri ilə bağlı Prezident İlhamƏliyevin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olanbir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilməsi mediamənsublarının əməyinə verilən layiqli qiymətdir.

Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitləjurnalistlər üçün 2 böyük yaşayış binası tikilib və yüzlərləjurnalist ailəsi mənzillə təmin olunub. Jurnalistlərin sosialmüdaifəsi ilə bağlı da xeyli işlər görülüb. Milli Mətbuatımızın 150illik yubileyi münasibətilə yüzlərlə jurnalist ölkə başçısıtərəfindən mükafatlandırılıb.

İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, bu günmilli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələriyüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

Seçilən
34
8
az.trend.az

9Mənbələr