AZ

Qumar vərdişindən xilas olmaq - Müalicəsi necə aparılır?

Elə vərdişlər var ki, onlar insanların həyatına birbaşa olaraq mənfi təsir edir, asılılıq yaradır. 

Bunlardan biri də qumar, mərcdir. Yaxın günlərdə  sosial şəbəkədə bir xanım yoldaşının qumardan müalicə aldığını yazıb.

Xanımın bu paylaşımı müzakirələrə səbəb olub ki, qumarı müalicəylə, həkim müşahidəsiylə tərgitmək mümkündürmü?

Bizim.Media mövzuyla bağlı psixoloq Tariyel Faziloğlunun fikirlərini öyrənib. Psixoloq bildirib ki, nəinki qumarı, bütün asılılıqların müalicəsi var:

“Qumar da bir asılılıqdır.  Asılılığın altında yatan səbəblər var. Psixoloqun müşahidəsi altında həmin səbəblər aşkarlanır, neytralizə olunur və qumar asılılığı ortadan qaldırılır. Sonra isə möhkəmləndirmə prosesi baş verir, nəticədə isə şəxs qumardan uzaqlaşır” .

Bəs bu müalicə hər zaman effektiv olurmu?

“Əgər pasient müalicəyə istəklidirsə, təsirli olur. Hazırda Azərbaycanda əsasən gənclər arasında onlayn qumar vərdişi geniş yayılıb. Mən həmin asılılıqdan əziyyət çəkənlərə, onların ailələrinə müraciət edirəm ki, psixoloji dəstək alaraq bu asılılıqdan qurtula bilərlər. Özlərini çarəsiz hiss etməsinlər, bu sahədə ixtisaslaşmış bir psixoloqa müraciət edərək problemdən xilas ola bilərlər”, - deyə Tariyel Faziloğlu qeyd edib.

Seçilən
35
2
hit.az

3Mənbələr