AZ

Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstraliyanın paytaxtı Melburn şəhərinin mərkəzində baş verən bıçaqlanma hadisəsi nəticəsində bir yeniyetmə həyatını itirib.

APA xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Təcili yardım qrupları gecə saat 02:40 radələrində baş verən zorakı insidentlə bağlı hadisə yerinə gediblər.

Hadisə yerində, yeniyetmə King Street üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. İlk yardım göstərilməsinə baxmayaraq, o, hadisə yerində həyatını itirib.

Polis dərhal axtarış əməliyyatına başlayıb və qısa müddət sonra yaxınlıqdakı Aurora Lane ərazisində 19 yaşlı bir şəxsi saxlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
5
apa.az

6Mənbələr