AZ

ABŞ-da 24 yaşlı gənc ailə üzvləri daxil altı nəfəri öldürüb

ABŞ-ın Missisipi ştatında yanvarın 9-da silahlı insident nəticəsində altı nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri yaxınlığında üç müxtəlif ərazidə atəş açıb. İlkin məlumata əsasən, o, əvvəlcə atasını, qardaşını və əmisini öldürüb, daha sonra hadisə yerindən qaçıb.

Sonradan Mur yeddi yaşlı qızı güllələyib, daha sonra isə başqa ünvana gedərək daha iki kişini qətlə yetirib.

Seçilən
57
9
aznews.az

10Mənbələr