Bu transfer dönəmində hələ ki, fəallığı ilə seçilməyən ''Qalatasaray'' 2026-cı ilin ilk keçidini reallaşdırıb. Amma bu transferi daha çox gələcəyə yönəlmiş addım kimi qiymətləndirmək olar.
"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu Münhenqladbax ''Borussiya''sının akademiyasında yetişən gənc qürbətçi futbolçu Can Armando Günəri Türkiyəyə gətirib. 18 yaşlı futbolçu hələ ki, peşəkar səviyyədə oyun keçirməyib. Onunla 4,5 illik müqavilə imzalanacaq. Bu transfer ''sarı-qırmızılar''a 250 min avroya başa gələcək.
Atası türk olan, anası isə Argentina əsilli Almaniya vətəndaşı olan 2007-ci il təvəllüdlü Can Armando Güner futbola ''Şalke-04''ün akademiyasında başlayıb. 2019-cu ildən isə Münhenqladbax klubunun akademiyasında çıxış edib. O, həm Almaniyanın, həm də Argentinanın aşağı yaş qruplarından ibarət yığmalarının şərəfini qoruyub. Yaxşı texnikaya və driblinq özəlliklərinə malik olan solaxay vinger hər iki cinahda oynamağı bacarır.
Onu da bildirək ki, bu futbolçunun adındakı ''Armando'' əlavəsi atasının Dieqo Maradonanın böyük bir pərəstişkarı olmasının nəticəsidi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta