Azərbaycan Basketbol Liqasında (ABL) XII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Abşeron Lions" və "Gəncə" üz-üzə gələcək.
"Sərhədçi" İdman Mərkəzində baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Turun əvvəlki oyunlarında bu nəticələr qeydə alınıb:
"Quba" - "Ordu" 111:116
"Sərhədçi" - "Lənkəran" 69:72
"Naxçıvan" - "Sumqayıt" 97:80
"Sabah" - NTD 121:76
"Neftçi" - "Şəki" 82:60