AZ

Dağlıq ərazilərdə qar yağır, bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA

BAKI, 11 yanvar. TELEQRAF

Yanvarın 11-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27, Qaxda 15, Qubada 11, Qusarda 8, Gədəbəydə 4, Sədərəkdə 3, Şahdağ, Daşkəsəndə 2, Xaltan, Şəkidə (Kişçay) 1 sm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Seçilən
76
15
teleqraf.com

10Mənbələr