AZ

Dambrauskas bu özəlliyi ilə hamıdan öndə... - Qurban Qurbanov ondan qorxmalıdı?

49 yaşını tamamlayan Valdas Dambrauskasın yüksək intellekt sahibi olduğu heç kimə sirr deyil. “Sabah”ın litvalı çalışdırıcısı sosial şəbəkə hesabında ötən il oxuduğu kitabların siyahısını paylaşıb. Və ortaya çox qəribə mənzərə çıxır.

"Football-plus.az" xəbər verir ki, Dambrauskas il ərzində 21285 səhifəlik 54 kitab oxuyub, hər günə ortalama 58 səhifə düşür. Onun oxuduğu kitablardan ən naziyi 176, ən qalını isə 856 səhifəlikdi.

Özü də mütəxəssisin maraq dairəsi genişdi. Onun oxuduğu kitablar üç qrupa ayrılır: bədii, elmi-populyar və idman ədəbiyyatı. 54 kitabın hər birinin adını çəkməyə ehtiyac görmürük. Ancaq idman mövzusunda kitablardan bəziləri çox maraqlıdı.

Dambrauskas ötən il futbol adamlarından Karlo Ançelotti, Sven-Yoran Eriksson və Qaret Sautqeytin avtobioqrafik kitablarını da oxuyub. Daha bunların hansınasa oxşamaq istəyib-istəmədiyini bilmirik. Onun həyatını izlədiyi, öyrəndiyi idman adamları sırasında Emma Heyz, Skotti Pippen, Xabi Alonso, Patrik Muratoğlu və Polqar bacıları da var.

“Sabah”ın baş məşqçisi bu qədər işin arasında 54 kitab oxumağa da imkan tapıbsa, gerçəkdən bu adamdan qorxmağa dəyər!

ORXAN

Seçilən
13
1
football-plus.az

2Mənbələr