AZ

Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Qış mövsümü başlayandan dəm qazından zəhərlənmə halları kəskin artıb.

Mütəxəssislər bildirirlər ki, bu halın artması  çoxsaylı mənzillərdə və ictimai obyektlərdə tüstü bacalarının uzun müddətdir təmizlənməməsi ilə bağlıdır.

Təmizlənməyən bacalar qaz sızmalarının və zəhərlənmə riskinin artmasına səbəb olur,  həm də insan həyatı üçün  təhlükə yaradır. Vətəndaşlar bu məsələ ilə bağlı daim şikayət bildirsələr də, adiyyəti qurumlar məsələyə  hələ də ciddi yanaşmır.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Cebheinfo.az"-a bildirib ki, son illər dəm qazından zəhərlənmə halları kəskin artıb:

"Təəssüf ki, tüstü bacalarının təmizlənməsi məsələsi heç bir qurumun üzərinə götürülmür. Sovet dövründə Daxili İşlər Nazirliyinin könüllü yanğından mühafizəçiləri tüstü bacalarını təmizləyirdilər.

Bu, mürəkkəb bir prosesdir və sadə alətlə — "yogec” deyilən kir qırıcı cihazla həyata keçirilir. Cihaz bacanın altından yanacaq yanan hissəyə qədər aparılır və təmizləmə prosesi başa çatdırılır.

Bugünkü gündə abonentlər bunu özləri edə bilməz, bu iş yalnız xüsusi qurumlar tərəfindən həyata keçirilməlidir. Lakin, bu sahə ilə bağlı xüsusi qanun və tənzimləmə yoxdur. Nəticədə, tüstü bacaları uzun müddətdir təmizlənmir və əhali buna qarşı güc və imkan çatışmazlığı ilə üzləşir”.

O qeyd edib ki, normal şəraitdə tüstü bacaları mütəmadi olaraq təmizlənməli, lakin vətəndaşların bu iş üçün imkanları yoxdur:

"Təəssüf ki, heç bir qurum məsuliyyəti üzərinə götürmür. Nəticədə, faciəvi halların, insan ölümlərinin baş verməsi qaçılmaz olur. Təhlükəli qaz istifadəsi, məsuliyyətsizlik və lazımi tədbirlərin görülməməsi hər il ciddi problemlər yaradır. Bu problem rəsmi masalarda geniş müzakirə edilməli və müvafiq qurumlar məsuliyyəti dərk etməlidir. Yalnız belə olduqda, daha çox faciələrin qarşısını almaq mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
4
qaynarinfo.az

10Mənbələr