AZ

Beşiktaş ın transfer etmək istədiyi Zuriko Davitaşvili üçün yeni müştəri var

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstan millisinin və Fransanın “Sent-Etyen” klubunun vingeri Zuriko Davitaşvilinin transferi ətrafında maraq sürətlə artır.

İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, “Benfika” futbolçu üçün səkkiz milyon avroluq (16 milyon AZN) rəsmi təklif göndərib. Lakin Davitaşvilinin ıxış etdiyi klub bu təklifə müsbət yanaşmayıb və oyunçunu satmağa tələsmir.

Mənbənin məlumatına əsasən, gürcü vingerlə yalnız “Benfika” deyil, İngiltərənin “Everton”, Fransanın “Lill” və “Monako”, həmçinin Türkiyənin “Beşiktaş” klubları da maraqlanır.

Qeyd edək ki, Zuriko Davitaşvili son mövsümlərdə sürəti, driblinqi və hücumda aktivliyi ilə diqqət çəkir və Avropa bazarında maraq doğuran futbolçular sırasında yer alır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr