AZ

Gəncədə yeniyetməni maşın vurdu

Gəncədə piyadanı maşın vurub.

 

Modern.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Y.Verdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
14
modern.az

10Mənbələr