AZ

İranda aksiyaçılar edam ediləcək: Baş prokuror tapşırıq verdi

“Prokurorlar məhkəməyə hərtərəfli və vaxtında hazırlaşmalı, xalqa xəyanət etməklə və qeyri-sabit mühit yaratmaqla ölkə üzərində xarici hakimiyyət qurmağa çalışanların hərəkətlərinin qarşısı qətiyyətlə alınmalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Baş Prokuroru Məhəmməd Müvəhhidi Azad bildirib.

Məlumata görə, o, bu işdə bütün günahkarların “mohareb”lər olduğunu deyib:

"Onlarla bağlı işlər güzəştsiz, yumşalma, və ya lütfkarlıq olmadan araşdırılmalıdır”.

İran media orqanları yazır ki, ictimai fəallar, natiqlər və kiberfəallar sözlərinə, davranışlarına diqqət yetirməlidirlər.

"Mohareb" termini İslam qanunlarına aiddir və İran hüquq sistemində hərəkətləri ilə dövlətə, cəmiyyətə qarşı müharibə aparan bir şəxsi təsvir etmək üçün istifadə olunur.

İran cinayət qanunvericiliyində “mohareb” ittihamı dövlət təhlükəsizliyinə qarşı ən ağır cinayətlərdən biri hesab olunur və ölüm cəzası da daxil olmaqla son dərəcə sərt cəzalar nəzərdə tutur.

Seçilən
71
1
cebheinfo.az

2Mənbələr