Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp son günlərdə İran hakimiyyətinin etirazçılara qarşı hərəkətlərinə cavab vermək imkanını nəzərdən keçirir. Belə bir vaxta o, İrana qarşı mümkün hərbi hücumlar üçün yeni variantlar barədə məlumatlandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"New York Times" qeyd edir ki, Tramp hələlik yekun qərar verməyib, lakin etirazların qəddarcasına yatırılmasına cavab olaraq əməliyyata icazə verməyi ciddi şəkildə nəzərdən keçirir.
Qəzetin məlumatına görə, ona bir neçə seçim təklif olunub, o cümlədən Tehranda qeyri-hərbi hədəflərə zərbə endirmək də seçimlər arasındadır.