AZ

Azərbaycanın Avropa Birliyinə satdığı qaz azalıb

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ildə Azərbacanın Avropa İittiyaqına satdığı qazın həcmi azalıb.

AzPost FED.az biznes və maliyyə xəbərləri portalına istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycan Avropa İttifaqının qaz bazarında yalnız 6-ci yeri tutub.

«Bruegel» analitik şirkətinin məlumatına görə, 2025-ci ildə Avropa İttifaqı xarici ölkələrdən ümumilikdə 313,6 milyard kubmetr qaz alıb.

Avropaya ən çox qazı Norvuç satıb – 97,1 milyard kubmetr və ya Avropanın aldığı ümumi qazın 31%-i. Yeri gəlmişkən, 2024-cü illə müqayisədə Norveçin satdığı qaz bir qədər azalıb – bir il əvvəl Norveç Avropaya 99,1 milyard kubmetr qaz satmışdı, bu avropa bazarının 33%-i idi.

Avropaya qaz satanlar arasında 2-ci yeri payını sürətlə artıran Birləşmiş Ştatlarıdır. Ötən il ABŞ Avropaya 82,9 milyard kubmetr qaz satıb ki, bu da əvvəlkiilə nisbətən 30 milyard kubmetr və ya 61% artıqdır. Nəticədə Avropanın qaz bazarında ABŞ-ın payı 2024-dəki 175-dən yüksələrək 2025-də 26%-ə qalxıb.

3-cü yeri Avropanın qaz bazarında yerini sürətlə itirməkdə olan Rusiya tutur. 2025-ci ildə Rusiya Avropaya cəmi 38 milyard kubmetr qaz satıb ki, bu da 2024-cü illə müqayisədə 15 milyard kubmetr azdır. Nəticədə Avropa bazarında Rusiyanın payı 18%-dən 12%-ə enib.

Ötən il Avropa Birliyi Əlcəzairdən 38,6 milyard kubmetr (il ərzində 6,6% azalıb), Britaniyadan 14,1 milyard kubmetr (+10,6%) qaz alıb.

Avropa İttifaqına qaz satan Azərbaycanın payı isə azalıb – 2025-i ildə Azərbaycan dünyanın ən sərfəli bazarına ümumilikdə 12,3 milyvard kubmetr qaz satıb. Bu 2024-cü illə müqayisədə 2,5% və ya 300 milyon kubmetr azdır. Liviyanın Avropaya satdığı qazın həcmi isə bir qədər də azalaraq 1 milyard kubmetrdən aşağı düşüb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azpost.info

2Mənbələr