AZ

Gövhər Beydullayeva Avropa çempionatında ilk üçlük uğrunda mübarizədədir

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Monakoda qadınlar arasında rapid və blits üzrə şahmat üzrə Avropa çempionatı davam edir və Azərbaycanı bu yarışda Gövhər Beydullayeva təmsil edir.

İdman.Biz xəbər verir ki, rapid yarışlarında ikinci oyun günündən - beş tur geridə qaldıqdan sonra Beydullayeva 4,5 xal toplayaraq dördüncü yerdə qərarlaşıb.

Azərbaycan şahmatçısı ilk üçlükdən yalnız əlavə göstəricilərə görə geri qalır.

Bu gün turnirdə daha altı turun keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, blits üzrə yarışlarda Gövhər Beydullayeva 8,5 xal toplayaraq 13-cü pillədə yer alıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
icma.az

3Mənbələr