AZ

Yəmən hökuməti ölkənin cənub və şərq vilayətlərinə nəzarəti ələ alıb

Yəmən hökumət qüvvələri ölkənin cənub və şərq vilayətlərində, o cümlədən müvəqqəti paytaxt Ədən şəhərində yerləşən hərbi düşərgələrə nəzarəti uğurla ələ alıb.

APA xəbər verir ki, bu barədə Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi məlumat verib. Müraciəti Yəmənin SABA agentliyi yayıb.

O, xalqa müraciətində bildirib ki, dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı kimi Hədramaut və əl-Məhra vilayətlərində, müvəqqəti paytaxt Ədəndə və digər azad edilmiş bölgələrdə hərbi düşərgələrin təhvil verilməsi əməliyyatı uğurla başa çatdırılıb. Əl-Əlimi vurğulayıb ki, bu “çətin qərarlar” güc nümayişi üçün deyil, vətəndaşların qorunması, dövlətin hüquqi statusunun təmin edilməsi və konstitusion əsasların saxlanılması məqsədi ilə qəbul edilib.

Seçilən
18
2
apa.az

3Mənbələr