AZ

İranda 8 xüsusi təyinatlı öldürüldü

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Hüquq-Mühafizə Orqanları Komandanlıq məlumat yayıb.
 

Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. "Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar" , - məlumatda bildirilib.


Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.

Bizim.Media

Seçilən
70
9
bizim.media

10Mənbələr