Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə məhkəməni gözləyərkən ABŞ həbsxanasında "yaxşı vəziyyətdə olduğunu" bildirib.
AFP agentliyi xəbər verir ki, bunu Maduronun oğlu, millət vəkili Nikolas Maduro Querra şənbə günü videomüraciətində deyib.
O, atasının sözlərini sitat gətirib: "Bizimlə hər şey yaxşıdır. Biz döyüşçülərik”.
Qeyd edək ki, Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən tutulduqdan sonra Nyu-York həbsxanasında saxlanılırlar.