Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların seçiminə yenidən start verir.
AVF-dən verilən məlumata görə, bu məqsədlə Bakı və bölgələrdə fəaliyyət göstərən Regional Voleybol Klublarında "Seçim günü" keçiriləcək.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar. Seçimlər 2012 və 2013-cü il təvəllüdlü qızlar arasında olacaq.
Seçimlər yanvarda aşağıdakı Regional Voleybol Klublarında təşkil olunacaq:
•13 yanvar, Bakı RVK (Bakı şəhəri) – saat 15:00
•17 yanvar, Şərqi Zəngəzur RVK (Sumqayıt şəhəri) – saat 12:00
•17 yanvar, Sumqayıt RVK (Sumqayıt şəhəri) – saat 14:00
•24 yanvar, Gəncə RVK (Gəncə şəhəri) – saat 14:00
•25 yanvar, Tovuz RVK (Tovuz rayonu) – saat 14:00
•31 yanvar, Oğuz RVK (Şəki şəhəri) – saat 14:00
Qeyd edək ki, daha sonra Naxçıvan şəhərində də seçimlər təşkil olunacaq və bu barədə əlavə məlumat veriləcək.
İdmançılara uğurlar arzulayırıq!