AZ

Məşhur bəstəkar həyatını itirdi – FOTO

Amerikalı bəstəkar, “The Addams Family” filminin saundtreklərinin müəllifi və uşaq televiziya kanalı Nickelodeon-dakı işləri ilə tanınan Qay Mun 63 yaşında vəfat edib.

Bu barədə Doğru.az xəbər verir ki, məlumatı “The Hollywood Reporter” yayıb. Nəşrin yazdığına görə, tibbi ekspertizanın rəyinə və ailəsinin açıqlamasına əsasən, Qay Mun yanvarın 8-də yol qəzası nəticəsində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti məşhur “Grateful Dead” qrupunun qurucularından biri, gitaraçı Bob Veirin 79 yaşında vəfat etdiyini bildirib.

DOĞRU.AZ

image-guy-moon-obit-h-2026

Seçilən
84
1
dogru.az

2Mənbələr