Müğənni Röya Ayxanın oğlu Hüseyn Cəlilov üç ali məktəbə qəbul olunub.
O, Böyük Britaniyanın tanınmış universitetlərindən olan University of Liverpool və University of Essex-ə qəbul edilib. Hər iki ali məktəb hüquq və sosial elmlər sahəsində güclü akademik bazası və beynəlxalq reytinqlərdəki mövqeyi ilə seçilir.
Hüseyn Cəlilovun qəbul aldığı üçüncü ali təhsil müəssisəsi isə Dubayda yerləşən University of Wollongong in Dubai olub. Sözügedən universitet regionun aparıcı ali məktəblərindən biri hesab olunur.