AZ

Elvin Cəfərquliyev transfer olunacaq?

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Ötən günlərdə mediada Elvin Cəfərquliyevin Fransanın "Sent Etyen" klubuna transfer olacağı iddia olunmuşdu.

İdman.Biz xəbər verir ki, bu barədə "Qarabağ"dan offsideplus.az-a rəsmi mövqe bildirilib.

Klubda vurğulanıb ki, bu istiqamətdə hər hansı bir yenilik yoxdur və nəsə bir yenilik olarsa, klub açıqlama verəcək.

Qeyd edək ki, yayılan məlumatda "Sent Etyen"in E.Cəfərquliyevə üç illik müqavilə təklifi etdiyi qeyd olunmuşdu.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

3Mənbələr