Müxalifətdəki Nalerak partiyasının lideri Pele Broberq Danimarka hökumətini NATO-nun dağılması istiqamətində addımlar atmaqda günahlandırdı.
NOCOMMENT.az xəbər verir ki, o, Danimarkanın TV2 televiziya kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Danimarka hakimiyyəti “panika içində” adanı krallığın tərkibində saxlamağa çalışır.
Broberq efirdə deyib: “Danimarka Qrenlandiyanı öz sərhədləri daxilində saxlamaq üçün panikaya düşərək NATO alyansının dağılmasına səbəb olmaq üzrədir. Qrenlandiya sadəcə Danimarkanın bir hissəsi olmaq istəmir”.
Daha əvvəl bildirilmişdi ki, Amerika Birləşmiş Ştatları ( ABŞ ) Prezidenti Donald Tramp guya Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanı işğal etmək üçün plan hazırlamağı əmr edib.