AZ

Vətəndaşlar iğtişaşçıların sakitliyi pozmasına icazə verməməlidir – Pezeşkian

Bakı. Trend:

İran vətəndaşları iğtişaşçıların sakitliyi pozmasına icazəverməməlidirlər.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranxalqına müraciətində deyib.

Onun sözlərinə görə, ölkədə baş verən etirazlarla iğtişaşlararasında fərq var. Hər bir vətəndaşın etiraz etmək haqqı var vəİran hökuməti etirazları dinləməyə və bu istiqamətdə olanproblemləri həll etməyə hazırdır.

Pezeşkian bildirib ki, lakin iğtişaşçılar ölkədə hərc-mərclik vədestabillik yaratmağa çalışırlar. İğtişaşçılar bankları, ictimainəqliyyat vasitələrini, məscidləri və digər dövlət əmlakınıyandırmaqla məşğuldur.

İran prezidenti vətəndaşları belə hallar qarşısında ayıq-sayıqolmağa və iğtişaşçıların planlarına aldanmamağa çağırıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Məqalədə:
Seçilən
66
2
az.trend.az

3Mənbələr