AZ

Bu avtomobillər 3 min manat bahalanıb – Video


Paytaxtda fəaliyyət göstərən avtomobil bazarlarında həftəsonları alqı-satqı canlansa da, artan maraq qiymət artımı ilə müşayiət olunur.
Yeniavaz.com
xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda bazarda qiymətlər sabit xarakter daşımır və tez-tez dəyişir.
Qiymətlərin yüksəlməsinin əsas səbəblərindən biri kimi gömrük rüsumlarının artması göstərilir.
Qeyd olunur ki, xüsusilə 30 min manata qədər olan avtomobillər üzrə qiymətlərdə 1 500 – 3 000 manat civarında bahalaşma qeydə alınıb. Eyni zamanda Çin istehsalı olan avtomobillərlə bağlı yaranan problemlər alıcıların diqqətini daha çox yerli bazarda mövcud olan ikinci əl nəqliyyat vasitələrinə yönəldib.
Mövzu ilə bağlı daha geniş məlumat AzTV-nin hazırladığı videomaterialda təqdim olunur:
Seçilən
55
yeniavaz.com

1Mənbələr