AZ

Liverpul un gənc futbolçusu mövsümü başa vurdu

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Liverpul"un gənc futbolçusu mövsümü başa vurdu

“Liverpul”un futbolçusu sıradan çıxıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komandanın cinah müdafiəçisi Konor Bredli İngiltərə Premyer Liqasında "Arsenal"la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.

Klub hələki yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib. İlkin məlumata görə, müdafiəçi cari mövsümdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 22 yaşlı Bredli bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
qol.az

5Mənbələr