AZ

Xameneyinin bannerlərini yandıranlar həbs edilib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran kəşfiyyatı İmam Xameneyinin təsvir olunduğu bannerləri yandıran şəxsləri həbs edib.

Silahlı şəxslər də saxlanılıb.

“Cebheinfo.az” bu barədə "İranlı jurnalistin gündəliyi" “Telegram” kanalına istinadən bildirir. 

İddialara görə, onlara insanların başından atəş açmaq tapşırılıb, bəziləri isə narkotik istifadə edib.

Daha sonra kanal həbs olunanların ifadəsinə istinad edib.

Həbs olunanlardan biri ifadəsində "Rza Pəhləvi adı altında bir instaqram hesabı var idi və o, mənə beş nəfərlik qrup yaratmağı təklif edib. Mən beş nəfər üçün silah aldım", - deyə bildirib.

Başqa biri “WhatsApp” söhbətində " Xalq mücahidləri" təşkilatı ilə əlaqəli isveçli həmsöhbətin "etirazları silahla zənginləşdirmək" lazım olduğunu dediyini bildirib.

Həbs olunan digər bir şəxs isə İranın ali lideri Ayətullah Xameneyinin təsvir olunduğu bannerləri Molotov kokteyli ilə yandırmaq əmri verildiyini bildirib.

Ancaq bəzi mənbələr bu məlumatların tamamilə yalan olduğunu və hökumət mediasının məqsədyönlü yaydığını bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
1
cebheinfo.az

2Mənbələr