ain.az, Sportal.az portalına istinadən məlumat verir.
"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına müsahibə verib.
- Komandanız artıq Türkiyədədir. Bakıda başlayan məşqləriniz Türkiyədə davam edir. Komandanın hazırkı durumu necədir?
- Bu gün hazırlığımızın ikinci hissəsinə Antalyada start verdik. Üç yoldaşlıq görüşümüz də olacaq. Komandada yaxşı ab-hava var. Allah qoysa, çempionatın ikinci hissəsinin startına tam hazır olacağıq.
- "Zirə" mövsümün birinci hissəsini turnir cədvəlində 3-cü pillədə başa vurdu. Mövsümün birinci hissəsini necə dəyərləndirirsən, daha yaxşı ola bilərdi, yoxsa maksimum bu idi?
- Çempionatdakı rəqabəti və zədələrdən çox əziyyət çəkdiyimizi nəzərə alsaq, yaxşı nəticədir. Təbii ki, hər oyunda meydana qələbə və sona qədər mübarizə aparmaq üçün çıxırıq.
- Sona qədər bu pillədə qala bilsəniz, mövsümü uğurlu hesab edəcəksən, yoxsa komanda ilk iki yerdən birini tutmalıdır ki, bunu uğurlu hesab edəsiz?
- Ardıcıl iki mövsüm çempionatda 2-ci yeri tutmuşuq. Buna görə də bizdən gözləntilər yüksəkdir. Ona görə də, çalışacağıq ki, bunu doğruldaq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.
- 2025-ci ildə şəxsi performansını necə dəyərləndirirsən? Millidə İslandiya və Fransa kimi yığmalara qarşı oynadın. Yəqin ki, sənin üçün böyük təcrübə hesab etmək olar?
- Öz performansımı özümün dəyərləndirmək mənə düşməz. Bəli, milli komandamızda oynadığım üçün çox xoşbəxtəm. Həmin görüşlərdə də əlimdən gələni etdim. Mənim üçün böyük təcrübə oldu.
- Hazırda turnir cədvəlinin birinci pilləsində "Sabah" qərarlaşıb. Siz də uzun müddət sonra məhz onlara uduzmuşdunuz. Bu mövsüm "Sabah"a qarşı oynamaq çox çətindir? Onlar səncə çempion ola bilər?
- Hər şey ola bilər. Bu futboldur. "Sabah"da yaxşı komanda formalaşdırıblar. Onlara qarşı oynamaq maraqlıdır.
- "Zirə"də çox da tez-tez oynamırsan. Daha çox Tyaqo Silva meydana çıxır. Bu mənada, oyun praktikasından əziyyət çəkməmək üçün komandanı dəyişmək istəyirsən?
- Bu haqda düşünmürəm. Mövsümün sonuna qədər "Zirə" ilə müqaviləm var. İndi mövsümün ikinci hissəsinə hazırlaşırıq. Yalnız mövsümün qalan matçlarına fokuslanmışam.
Mirbağırağa
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.