AZ

Pezeşkian: İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran hökuməti qanuni etirazlarla iğtişaşlar arasında fərq qoyur və bütün zəruri islahatları həyata keçirməyə hazırdır".

Oxu.Az "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

"Biz xalqın səsini eşitməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları küçələrə çıxaraq öz tələblərini aydın şəkildə ifadə etməyə və iğtişaş təhrikçilərinin hazırkı etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə Pezeşkian vurğulayıb.

Onun sözlərinə görə, irandakı iğtişaşlar vəziyyəti gərginləşdirmək məqsədilə öz agentlərinə əmr verən ABŞ və İsrail tərəfindən təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
oxu.az

2Mənbələr