The Times of Israel nəşrinin yaydığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxışı zamanı belə deyib.
“Biz İranın qəhrəman və cəsur vətəndaşlarını dəstəkləyirik və hakimiyyət dəyişdikdən sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gəldikdə, İsrail və İran yenidən firavan və sülh dolu gələcəyin qurulmasında tərəfdaş olacaqlar”, – deyə Netanyahu bildirib.
Bir müddət əvvəl İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqer Qalibaf ABŞ-ın İrana mümkün hücumu halında Tehranın İsrailə və ABŞ-nin yaxın şərqdəki obyektlərinə zərbələr endirəcəyi barədə xəbərdarlıq etmişdi.
Reuters agentliyinin məlumatına görə isə, ABŞ-ın İrana mümkün müdaxiləsi fonunda İsrail hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məhəmmədəli Həsənli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta