BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Bəhreynə dəri məhsulları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq, 566 min 87 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Bəhreynə dəri məhsulları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,3 faiz artaraq, 32 min 40 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri məhsulları ixrac edib.