AZ

Matçın oyunçusu seçilən Osimhen: Buna diqqət yetirməyə ehtiyac yoxdur

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Nigeriya millisinin ulduz hücumçusu Viktor Osimhen komandasının Afrika Millətlər Kubokunun 1/4 finalında Əlcəzair üzərində qazandığı qələbədən sonra fikirlərini bildirib.

Moderator.az xəbər verir ki, turnirin mətbuat xidməti hücumçunun sözlərini sitat gətirib:

“Qol vurdum və məhsuldar ötürmə etdim, amma performansıma diqqət yetirməyə ehtiyac yoxdur. Bütün komandanın performansını qiymətləndirməliyik. Güclü rəqibi məğlub etdik və Əlcəzairin çoxlu yaxşı oyunçuları var”.

Nigeriya Əlcəzair üzərində 2-0 hesablı qələbə qazanıb. Osimhen matçın ən yaxşı oyunçusu seçilib. Nigeriya Afrika Kubokunun finalına vəsiqə uğrunda Mərakeş millisi ilə yarışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
2
moderator.az

3Mənbələr