AZ

Rəqibinə uçaraq təpik atan futbolçu barədə qərar açıqlandı VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

İndoneziyanın dördüncü liqasında keçirilən “Putra Jaya Pasuruan” - “Perseta 1970” matçında baş verən qalmaqallı hadisə futbol dünyasında geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, görüş zamanı “Putra Jaya Pasuruan”un futbolçusu Məhəmməd Hilmi Gimnastiar rəqibinə qarşı son dərəcə kobud qayda pozuntusu edib.

O, topa nəzarət edən futbolçuya yaxınlaşaraq sinə nahiyəsinə uçaraq təpik vurub. Hakim isə dərhal qırmızı vərəqə göstərərək Gimnastiarı meydandan kənarlaşdırıb.

Hadisədən sonra məsələni araşdıran İndoneziya Futbol Federasiyası (PSSI) futbolçuya ömürlük futboldan kənarlaşdırma cəzası verib. Bundan əlavə, oyunçuya pul cəzası da tətbiq olunub. Federasiya qərarı “futbolun ruhuna zidd zorakılıq” kimi əsaslandırıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
icma.az

2Mənbələr