AZ

ABŞ li tanınmış bəstəkar avtomobil qəzasında ÖLDÜ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-li bəstəkar Qay Mun Kaliforniyada baş verən yol-nəqliyyat hadisəsində 63 yaşında həlak olub.

Redaktor.az "The New York Post" nəşrinə istinadən xəbər verir ki, Mun cümə axşamı səhər saatlarında Los-Anceles dairəsində qəzaya uğrayıb və aldığı xəsarətlərdən ölüb.

Munun bəstələdiyi musiqilər "Nickelodeon" telekanalının bir çox layihələrində, o cümlədən "Süngər Bob Kvadrat Şalvar" və "Sehrli valideynlər" cizgi seriallarında səslənib. Qeyd olunur ki, bəstəkar həmçinin 2002-2004-cü illər ərzində dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib".

Ümumilikdə o, 70-ə yaxın musiqi əsərinin ərsəyə gəlməsində iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
4
redaktor.az

5Mənbələr