"Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanlarını yaşlandırır. Bədənşəkilləndirməyə ehtiyac yoxdur, özünüzü öldürməyin".
Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda deyib.
O bildirib ki, bir çoxları çəki atmaq üçün iynə vurur. Bu isə sağlamlığa ziyandr:
"İynə çox yararsızdır. Bu gün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır, iynəyə görə"./Axşam.az
Tarix: 11 Yanvar 2026, 18:12