AZ

İsrail Tehranda hakimiyyət dəyişikliyi olacağı təqdirdə İranla tərəfdaşlığa ümid edir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İsrail Tehranda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə İranla tərəfdaş münasibətləri qurmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında çıxışı zamanı bunları deyib: “Hamımız ümid edirik ki, fars xalqı tezliklə zülm yükündən azad olacaq. O gün gəldikdə İsrail və İran yenidən rifah və sülh dolu gələcəyin qurulmasında sadiq tərəfdaşlara çevriləcək. Rejim süqut etdikdən sonra biz hər iki xalq üçün birlikdə xeyirli işlər görəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
apa.az

10Mənbələr