GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ qoşunları Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün naməlum, güclü bir silahdan istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYP) qəzati məlumat yayıb.
“Onlar bu silahdan Venesuela əsgərlərini və texnikasını zərərsizləşdirmək üçün istifadə ediblər”, – deyə bildirilib.
ABŞ əsgərləri həmçinin radar sistemlərini söndürüblər.
“Birdən bütün radar sistemlərimiz heç bir izahat verilmədən söndü. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxlu sayda dron idi. Necə reaksiya verəcəyimizi bilmirdik”, – deyə venesuelalı mühafizəçi bildirib.
NYP mənbəyinin sözlərinə görə, əsgərlərin odlu silahlardan daha güclü təchizatı olub:
“Onlar güclü səs dalğası yaradaraq nəsə buraxdılar, ətrafındakılar dərhal burunlarından qanamağa və qan qusmağa başladılar. Bu silah bizi ayağa qalxa bilməyəcəyimiz bir vəziyyətə saldı”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.