AZ

Öz özümə sual verirəm ki, bu, nəyə aparır? Fitso Avropa ölkələrinə səsləndi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Slovakiyanın Baş naziri Robert Fitso Böyük Britaniya və Fransanın Ukraynaya qoşun göndərilməsi ilə bağlı planlarını qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Onun sözlərinə görə, bəzi Avropa ölkələri bu cür addımlarla Rusiyanı bilərəkdən daha genişmiqyaslı münaqişəyə cəlb etməyə çalışırlar.

Fitso bildirib ki, İkinci Dünya Müharibəsində Sovet İttifaqının keçmiş müttəfiqləri olan ölkələrin bu gün belə təşəbbüslərlə çıxış etməsi ciddi suallar doğurur.

“Öz-özümə sual verirəm: bu, sülhəmi, yoxsa müharibəyəmi xidmət edir? Biz nəyin bahasına olursa-olsun müharibəyə başlamaq istəyirik? Bu, əslində nə ilə bağlıdır?” – deyə Slovakiya hökumət başçısı vurğulayıb.

Daha əvvəl İtaliyanın Baş naziri Corcia Meloni də Qərb qoşunlarının Ukraynaya göndərilməsinin zəruriliyini şübhə altına alıb. O, belə bir ssenarinin “könüllülər koalisiyası” adlandırılan ölkələr qrupu daxilində müzakirə edildiyini təsdiqləsə də, bunun riskli və nəticələri əvvəlcədən hesablanmalı olan addım olduğunu qeyd edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr