AZ

Tarixi rekord: Ertuğrul Qazinin məqbərəsini 3 milyon insan ziyarət edib

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Osmanlı dövlətinin banisi Osman Qazinin atası Ertuğrul Qazinin Bilecik, Söğüt rayonundakı məqbərəsi 2025-ci ildə yerli və xarici olmaqla təxminən 3 milyon ziyarətçi qəbul edib.

Sherg.az xəbər verir ki, xüsusilə son illərdə tarixi seriallara marağın artması ziyarətçi sayını ciddi artırıb. Məqbərədə 2017-ci ildən etibarən alp geyimində sayğı növbəsi çəkən jandarma əməkdaşları turistlərin diqqətini çəkir.

Rəsmi və dini bayramlar, eləcə də Söğüt Ertuğrul Qazini Anma və Yörük Şənlikləri zamanı ziyarətçi sıxlığı pik həddə çatır. Türkiyə ilə yanaşı Pakistan, Hindistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, həmçinin Avropa ölkələri, ABŞ, Kanada və Paraqvaydan turistlər gəlir.

Bələdçi Belgin Özkan bildirib ki, xüsusilə “Diriliş Ertuğrul” serialından sonra ziyarətçi axını sürətlənib və pandemiyadan sonra maraq daha da artıb.

Ertuğrul Qazi Türbəsi bu gün təkcə Türkiyənin deyil, Türk dünyasının ən önəmli ziyarət məkanlarından biri sayılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
sherg.az

1Mənbələr