AZ

Meşə yanğınında 300 bina KÜL oldu - BU ÖLKƏDƏ

Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, yanğınlar bir neçə gündür ölkənin onlarla bölgəsində davam edir. Əsasən Viktoriya ştatında qeydə alınan yanğınlar, eyni zamanda Yeni Cənubi Uelsdə də yayılıb və Böyük London ərazisindən demək olar ki, iki dəfə böyük sahəni əhatə edib. Viktoriya ştatında fövqəladə vəziyyət elan edilib. Minlərlə yanğınsöndürən və 70-dən çox hava vasitəsi alovlarla mübarizə aparır. Onlarla yaşayış məntəqəsində yaşayan sakinlərə evlərini tərk etmələri tövsiyə olunub.

Rəsmilər bildirirlər ki, son dərəcə isti, quraq və küləkli hava şəraiti ilə qidalanan bu yanğınlar bir neçə həftə davam edə bilər.

Seçilən
55
2
Ajans.az

3Mənbələr