Rusiya ordusunda afrikalı muzdluların sayı artmaqda davam edir.
NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, bu şəxslər əsasən cəbhənin ən təhlükəli istiqamətlərində yerləşdirilir və yüksək itkilərlə üzləşirlər.
Müşahidəçilərin fikrincə, afrikalı muzdluların bir qismi hansı şərtlər altında və hansı məqsədlər üçün istifadə olunduqlarını tam şəkildə dərk etmir. Bildirilir ki, onlar tez-tez kifayət qədər hazırlıq və təminat olmadan döyüş əməliyyatlarına cəlb edilirlər.
Ekspertlər bu vəziyyəti Rusiya ordusunun canlı qüvvə çatışmazlığı ilə əlaqələndirir və xarici muzdluların “istehlak edilə bilən resurs” kimi istifadə edildiyini qeyd edirlər.
Bu tendensiya beynəlxalq hüquq və insan haqları baxımından da ciddi narahatlıqlar doğurur.