AZ

Fazil Mustafadan cəzalandırılan Amil Xəlillə bağlı növbəti AÇIQLAMA

"Deputat Bakıya qızlarınızı oxumağa buraxmayın deyən aparıcını müdafiə etdi" - Bəh-bəh, nə güzəl başlıqlar seçirlər. Mən Bakıda təhsil alan bəzi qızlarla bağlı ictimai problemi dilə gətirən jurnalisti müdafiə etmişəm. Onun söylədiyi fikirlər hamıya aid deyil ki... Dürüst, tərbiyəli, ailəsinə başucalığı gətirən minlərlə qız övladlarına aid deyil ki bu çağırışlar. Əksinə dəfələrlə bəyan edirəm ki, qız övladlarının təhsil almasını əngəlləyən valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

"Bəli, harada olmasına baxmadan söhbət təhsil almaqdan gedir. Təhsil adı ilə avaraçılıqla məşğul olmanın adı isə başqadır. Bunları da dilə gətirməyə çalışıb jurnalist qardaşımız. Ona görə də ürək ağrısı ilə deyib ki, nəzarət edə biləcəyiniz yerlərə göndərin övladlarınızı. Bu həm də oğlanlara aiddir. Əslində burada və ya xaricdə olsun, təhsil adı ilə avaralanan minlərlə Azərbaycan gəncinə ürək ağrısı ilə baxıram. Bu vaxtı bunlar niyə boşuna itirilər. Yaxşı oxuyursansa, oxumağa həvəsin varsa, əla, davam et, valideyn də, dövlət də sənə kömək etsin. Boşuna gün keçirirsənsə, get bir peşə öyrən ki, həyatda ayaqda qala biləsən. Əksinə, bu cür məsələlər televiziya məkanında açıq müzakirə olunmalıdır, insanlar doğruları anlayaraq nəticə çıxarmalıdır. Jurnalisti linç etdiniz, televiziyaya da cəza verdiniz- problem ki, ortada qalır, onu nə edəcəksiniz?" - Fazil Mustafa bildirib.

Xatırladaq ki, Audiovizual Şura dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcı Amil Xəlilin çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

Qeyd edək ki, Fazil Mustafa ötən gün bununla bağlı paylaşım edərək jurnalist Amil Xəlili müdafiə edib.

Seçilən
49
3
redaktor.az

4Mənbələr