AZ

İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır – Pezeşkian

Bakı. Trend:

İran hökuməti vətəndaşların dəstəyi ilə mövcud nigaranlıq vəiqtisadi problemləri həll etməyə çalışır.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezşekian bu gün İranvətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə ölkə bazarlarında mövcud olançatışmazlıq və bir növ aclıq yaratmağa çalışırdılar. Çünki mövcudtələb və təklif arasında uyğunluq yox idi. Hazırda bu problemaradan qaldırılıb.

Pezeşkian bildirib ki, hökumət vətəndaşlara bu vədi verə bilərki, vətəndaşların məişət durumuna lazım olan məhsulların təminolunmasında heç bir problem yaranmayacaq. İran hökuməti vəd edirki, iqtisadiyyatla əlaqədar vətəndaşlar, istehsalçılar və işadamları ilə birlikdə problemləri aradan qaldırmaq mümkündür.

“Hazırda 5-6 ildən çoxdur ki, ölkədə 40%, 50%-lik inflyasiyavar. Bu ildə də inflyasiya həmin səviyyədə olacaq. Gələn ildə dəinflyasiya və bir sıra problemlər mövcud olacaq. Amma önəmli olanbudur ki, hökumət iqtisadi çətinliklərin aradan qaldırılmasıistiqamətində proqramlar hazırlayır”, -deyə o qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
60
1
az.trend.az

2Mənbələr