İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bəyan edib. Bu xəbərdarlıq etirazçıların hökumətin sərt tədbirlərinə baxmayaraq küçələrə çıxmağa davam etdiyi bir vaxtda səsləndirilib.
Aznews.az xəbər verir ki, BBC-yə danışan iki xəstəxananın tibb işçiləri son iki gün ərzində 100-dən çox cəsədin xəstəxanalara gətirildiyini bildiriblər.
Məlumata görə, etirazlar artıq İranın bütün əyalətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.
İranın baş prokuroru bildirib ki, etiraz edən hər kəs “Allaha düşmən” hesab ediləcək və bu, ölüm hökmü ilə cəzalandırıla bilən cinayətdir.
Məlumatda o da qeyd edilir ki, etirazlar gücləndikcə ölənlərin və yaralananların sayı artmaqda davam edir. İki insan haqları təşkilatı təhlükəsizlik əməkdaşları da daxil olmaqla 100-dən çox insanın həlak olduğunu bildirib.