AZ

Londonda İran səfirliyinə hücum edənlər həbs olundu

İranın Böyük Britaniyadakı səfirliyinə hücum edənlərdən ikisi həbs olunub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, onlardan birinə icazəsiz giriş və polis məmuruna hücum, digərinə qarşı isə icazəsiz giriş ittihamı irəli sürülüb.

Böyük Britaniyanın hüquq-mühafizə orqanları icazəsiz giriş şübhəsi ilə başqa bir şəxsin müəyyən edilib təqib olunduğunu və səfirliyin təhlükəsizliyini təmin etmək üçün məmurların ərazidə qalacağını bildirib.

Qeyd edək ki, yanvarın 10-da Londonda etirazçılardan biri İran səfirliyinin binası üzərindəki bayrağı endirib.


Telegram kanalımız
Seçilən
40
4
yenisabah.az

6Mənbələr