AZ

“İranda hakimiyyətin devrilməsi HƏMAS, Hizbullah və Husilərin sonu olacaq”

ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi bildirib ki, İranın hazırkı hakimiyyətinin uzaqlaşdırılması İranın dəstəklədiyi HƏMAS, “Hizbullah” və “Husilər” kimi silahlı qruplaşmaların da sonu demək olacaq.

Redaktor.az xəbər verir ki, səfir bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Əgər İran xalqı 46 ildən artıq davam edən nifrət dolu və səriştəsiz idarəçiliyə son qoymağı seçərsə, bu, təhsil, incəsənət, musiqi və güc üzərində qurulmuş fars mədəniyyətinin bərpasına, eyni zamanda HƏMAS, Hizbullah və “Husilər”in də sona çatmasına gətirib çıxara bilər”, – deyə Hakkabi yazıb.

Seçilən
36
3
redaktor.az

4Mənbələr