AZ

İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir – Prezident

Bakı. Trend:

İran hökuməti zəruri məhsulların idxalı üçün ayrılan xaricivalyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranvətəndaşlarına müraciətində deyib.

Onun sözlərinə görə, indiyə qədər ölkədə subsidiya olaraq birsıra zəruri məhsullar və tibbi ləvazimatın ölkəyə idxalına aşağıqiymətlərlə xarici valyuta ayrılırdı. Bu isə ölkədə renta vəkorrupsiyaya yol açmış və nəticədə vətəndaşlar həmin ayrılansubsidiyadan faydalana bilmirdilər.

Pezeşkian deyib ki, bu əsasda hər bir vətəndaş 10 milyon rial(təxminən 10 dollar) dəyərində hər aylıq zəruri məhsulların satınalınması üçün hökumətdən vəsait alır. Hökumətin vətəndaşlarınməişət durumuna dəstək məqsədilə ilə tətbiq olunan proqram əslindəbazarda rəqabət yaradır. Belə ki, ölkəyə məhsul idxal hər biridxalçı ucuz idxal etdiyi halda ucuz, baha idxal etdiyi halda bahasatacaq.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
61
3
az.trend.az

4Mənbələr