Yazını böyüt
Yazını kiçilt
Müğənni Nadir Qafarzadə Rusiyadakı səfərindən paylaşım edib.
Hafta.az-ın məlumatına görə, sənətçi qarlı hava olsa da, soyuq olmadığını yazıb:
"Qəşəng qar var. Altdan-üstdən geyinmişəm. Amma soyuq deyil. Rusiyanı sevirəm. Amma "ruspərəst" deyiləm. Moskvanı çox bəyənirəm. Burada çox ölkədən insan yaşayır. Əsas rahatçılıqdı, burada rahat olursan. Nəvəm üçün darıxıram, şirinim. Gündə 15 dəfə ona zəng edirəm".
Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğmanın 1 ay əvvəl övladı olub.