AZ

ABŞ dən Kubaya hədə qorxu Gec olmadan razılaşın

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

"Artıq nə neft, nə də pul Venesueladan Kubaya axacaq, ona görə də Havana çox gec olmamışdan əvvəl Vaşinqtonla razılaşma bağlamalıdır".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

O, bildirib ki, "uzun illər Kuba Venesueladan gələn böyük həcmdə neft və pul hesabına yaşayıb", 1999-cu ildən 2013-cü ilə qədər Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışan Huqo Çaves və ABŞ Xüsusi Qüvvələri tərəfindən 3 yanvarda əsir götürülən Venesuela lideri Nikolas Maduro bunun müqabilində "təhlükəsizlik xidmətləri" göstərib.

Lakin Trampın sözlərinə görə, vəziyyət indi dəyişəcək:

"Artıq Kubaya nə neft, nə də pul axacaq - sıfır. Mən onlara (Kuba hakimiyyətinə - red.) çox gec olmamışdan əvvəl ABŞ-lə razılaşma bağlamalarını tövsiyə edirəm", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
3
unikal.az

10Mənbələr